
"Orta Asiya məktəblərində həm qızlar, həm də oğlanlar üçün vahid məktəbli forması müəyyən edilib. Azərbaycan məktəblərinin belə geyimlərə ehtiyacı var".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rafiq Əzimov deyib.
Onun fikrincə, vahid forma məktəblilərin dərsə davamiyyətini və məsuliyyətini artırmağa dəstək ola bilər:

"Bu mənim yadıma uşaqlıq illərimi saldı. Biz məktəbə gedəndə qırmızı qalstuk və ağ köynək, qara şalvar geyərdik. Gözəl görünürdü. Orta Asiyadakı məktəbli forması millətin xüsusiyyətlərini canlandırır. Azərbaycan məktəblərində də oğlan və qızların milli xarakterli geyimlər geyinməsi yaxşı olardı. Bu cür geyimlər şagirdlərin xeyirinə olar, nəinki ziyana".
Xalq artisti hesab edir ki, vahid forma şagirdlərin bilik və bacarıqlarının inkişafını dəstəkləyəcək:
"Onlar bütün fikirlərini dərsə verəcək. İndi şəhərə çıxıb açıq-saçıq geyimləri görəndə ürəyim ağrayır. Ona görə də indiki vəziyyətdə vahid formanın olması bizim xeyrimizədir".
Bahar Rüstəmli