Xəbər lenti

Şeyx Əbdülün səhhəti yenidən ağırlaşıb: "Nəfəsim çatışmır, ağrılarım var"
Ölkə16:25 12.10.2026

Şeyx Əbdülün səhhəti yenidən ağırlaşıb: "Nəfəsim çatışmır, ağrılarım var"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhətində yenidən problemlər yaranıb.

Aktyor Qaynarinfo-ya açıqlamasında ciyərlərində soyuqdəymə olduğunu, nəfəs almaqda çətinlik çəkdiyini bildirib:

“Bir həftə əvvəl vəziyyətim pis idi. Xəstəxanaya yerləşdirildim. Orada olarkən ciyərlərimdə soyuqdəymə yarandı. Hazırda professor Nəriman Həsənovun yanındayam. Məni müayinə edib, müalicə təyin edib. İndi həmin müalicəni almalıyam. Oturmuşam, mən dərmanlara, dərmanlar da mənə baxır. Fikirləşirəm, görəsən, necə plan qurum ki, səhhətim qaydasına düşsün? Başqa yolum da yoxdur. Həkim dedi ki, özünü qorumamısan, bronxların soyuqlayıb. Nəfəs çatışmır, təngnəfəslik yaranır, ağrılar da bundan qaynaqlanır”.

Şeyx Əbdül Mahmudbəyov səhhətində yaranan problemlərdən narahat olduğunu da gizlətməyib.

Xatırladaq ki, bir müddət əvvəl də Xalq artistinin səhhətində problemlər yaranmış və o, Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

Bahar Rüstəmli