Xəbər lenti

Bərbərxanadan telefon oğurlayan şəxsə 6 ay həbs
Ölkə18:04 12.10.2026

Bərbərxanadan telefon oğurlayan şəxsə 6 ay həbs

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda bərbərxanadan 789 manatlıq mobil telefon oğurlayan şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, 1985-ci ildə Şəmkir rayonunda anadan olan T.Y. hadisəni Suraxanı rayonu, Bülbülə qəsəbəsində törədib.

Məhkəmə materiallarına görə, T.Y. bərbərin şirniyyat almağa getməsindən istifadə edərək ona məxsus “Honor X9c” markalı telefonu oğurlayıb. Daha sonra telefonu 240 manata satıb.

Zərərçəkmiş şəxsin dəymiş ziyanı ödənilib və tərəflər barışıblar. Lakin T.Y.-nin əvvəlki məhkumluqları da nəzərə alınıb.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. Saxlanıldığı 2 gün nəzərə alınmaqla, yekun cəza 5 ay 28 gün müəyyənləşdirilib.

Aydın