Xəbər lenti

Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib
Ölkə18:49 12.10.2026

Tap.az-da işə düzəltmək adı ilə 1085 manat alan şəxs həbs edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tap.az saytında iş elanı yerləşdirərək vətəndaşı aldadan şəxs 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, 1992-ci ildə Oğuz rayonunda anadan olan E.R. zərərçəkmiş şəxsi neft şirkətində mühafizəçi vəzifəsinə düzəldəcəyini vəd edərək ondan üç dəfəyə ümumilikdə 1085 manat alıb.

O, pulun bir hissəsini sənədləşmə, digər hissəsini isə xidməti geyim adı ilə istəyib. Lakin vədinə əməl etməyərək aldığı pulu şəxsi ehtiyaclarına xərcləyib.

Məhkəmədə təqsirini etiraf edən E.R. himayəsində iki azyaşlı uşağının olduğunu bildirib. Onun əvvəllər də dələduzluq cinayətinə görə məhkum edildiyi müəyyənləşib.

Məhkəmənin hökmü ilə E.R. 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.

Aydın