
"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununda da uduzub.
Qaynarinfo-nun məlumatına görə, Adino Mustedanaqiçin baş məşqçi olduğu kollektiv Bakıda Çexiya təmsilçisi "Slaviya"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0.
Xatırladaq ki, "Sabah"ın U-19 kollektivi I turda İngiltərədə "Mançester Yunayted"ə 5 cavabsız qolla uduzub. "Slaviya" isə evdə "Lans"dan üstün olub - 2:1.