Xəbər lenti

LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır
Ekonomiks18:06 13.10.2026

LDU bələdiyyə sədrinin müavinindən 158 min manatlıq inventar alır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lənkəran Dövlət Universitetinin (LDU) bərk inventarın alınması üzrə elan etdiyi tenderin qalibi fərdi sahibkar Əsəd Qacar oğlu Əzizov olub.

Qaynarinfo-nun məlumatına görə, tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 158 875,2 manat təşkil edir.

Satınalma çərçivəsində universitet üçün aşağıdakı mebel və avadanlıqların alınması nəzərdə tutulur:

1. Rəhbər mebel dəsti
2. İclas masası
3. Kompüter masası
4. Sənəd dolabı
5. Paltar dolabı
6. Tumba
7. ISO stul
8. Rəsm otaqları üçün tumba
9. Molbert
10. Planşet
11. Qonaq stulu
12. İki nəfərlik parta
13. Yazı taxtası
14. Seyf

Əsəd Əzizovun adı, soyadı və ata adı Masallı şəhər bələdiyyəsinin sədr müavini Əsəd Qacar oğlu Əzizovun adı, soyadı və ata adı ilə üst-üstə düşür. Açıq mənbələrdə yayılan məlumatlara əsasən, o, bələdiyyə seçkilərində namizəd olarkən təqdim etdiyi tərcümeyi-halında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu qeyd edib.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, Əsəd Əzizov müxtəlif satınalma müsabiqələrində iştirak edir və qalib seçilir.

Seyid