
“Barselona”nın gənc ulduzu Lamin Yamal “Qalatasaray”la oyundan sonra qarşılaşma və rəqib komandanın azarkeşlərinin yaratdığı atmosfer barədə danışıb.
Qaynarinfo xəbər verir ki, ispaniyalı futbolçu “Qalatasaray”ın meydanında oynamağın çətinliyini vurğulayıb və rəqibin ikinci qolu ləğv edilməsəydi, qarşılaşmanın onlar üçün daha çətin keçə biləcəyini bildirib.
“Çox çətin stadionda oynayacağımızı bilirdik. Bura səfərdə qarşılaşa biləcəyimiz ən çətin meydanlardan biridir. Paltardəyişmə otağında da bu barədə danışdıq. Rəqibimizin necə təzyiq göstərdiyini və azarkeşlərin qışqıraraq necə atmosfer yaratdığını müzakirə etdik. Qələbə qazandığımız üçün çox xoşbəxtik. “Qalatasaray” keyfiyyətli komandadır”, deyə Yamal bildirib.
“İlk hissənin sonuna qədər hesabı bərabərləşdirməyimiz bizim üçün çox vacib idi. Onların ikinci qolu ləğv edilməsəydi, işimiz daha da çətin ola bilərdi”, deyə futbolçu əlavə edib.
Yamal Qordonla nəticələnən məhsuldar ötürməsindən əvvəl etdiyi fint barədə də danışıb. Ondan ötürmədən əvvəl etdiyi hərəkətin sosial şəbəkələrdə yayıldığını görüb-görmədiyi soruşulanda futbolçu belə cavab verib: “Doğrudanmı? Hələ baxmamışam. Duş qəbul edirdim”.
Fintin adının nə olduğu barədə suala isə Yamal zarafatla belə cavab verib: “Haradan bilim, dostum, buna nə deyirlər? Bəlkə, buna, demək olar ki, rabona demək olar. Gəlin, yarı rabona deyək. Həmin an bunu tamamilə içimdən gəldiyi kimi etdim, hər şey öz-özünə alındı. Xoşbəxtlikdən, işə yaradı və Qordona məhsuldar ötürmə etməyimə imkan verdi”.
Aydın

