Xəbər lenti

Nəhəng qiymətli metal yatağında elmə məlum olmayan viruslar tapıldı
Dünya21:30 14.10.2026

Nəhəng qiymətli metal yatağında elmə məlum olmayan viruslar tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çinli alimlər Sakit okeanda yerləşən, qiymətli nadir torpaq metalları ilə zəngin Klarion-Kliperton zonasının dib çöküntülərində 11 742 növ virus aşkar ediblər. Onların 99 faizindən çoxu əvvəllər elmə məlum olmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazır.

Klarion-Kliperton zonası Meksika ilə Havay adaları arasında, 6 min metrədək dərinlikdə yerləşir. Ərazinin okean dibi tərkibində nikel, kobalt və manqan olan milyardlarla metal konkresiyası ilə örtülüb. Bəzi qiymətləndirmələrə görə, bu metalların ehtiyatları quruda məlum olan yataqların ümumi ehtiyatlarını üstələyə bilər.

Bu ərazidə sənaye miqyaslı hasilata hələ başlanılmayıb. Bununla belə, Beynəlxalq Dəniz Dibi Orqanı artıq kəşfiyyat işləri üçün 17 müqavilə verib. Onlardan beşi Çinə məxsusdur.

Tədqiqat zamanı Çin komandası 2023–2024-cü illərdə Çin Dəniz Mineral Ehtiyatlarının Tədqiqi və İnkişafı Assosiasiyası tərəfindən toplanmış dib çöküntülərinin 60 nümunəsini araşdırıb. Təhlillər nəticəsində 11 742 virus müəyyən edilib. Onlardan 11 662-si elm üçün yeni olub.

Tədqiqatçıların məlumatına görə, aşkar edilmiş virusların zülal klasterlərinin yalnız təxminən 4 faizi digər məlumat bazalarında qeydə alınmış klasterlərlə üst-üstə düşüb. Bu, regionda özünəməxsus virus xətlərinin və genetik resursların mövcudluğunu göstərir.

Aşkar edilən virusların böyük əksəriyyəti Caudoviricetes sinfinə aiddir. Onlar genetik materiallarını bakteriyalara ötürərək həmin mikroorqanizmləri yoluxdururlar və ümumilikdə insanlar üçün təhlükə yaratmırlar.

Bununla belə, metal hasilatı həmin mikroorqanizmlərin özləri üçün təhlükə yarada bilər. Okean dibindəki çöküntülərin pozulması virusların ekosistemdəki roluna mane ola bilər. Bu rol üzvi maddələrin parçalanması və qida elementlərinin sərbəst buraxılması kimi prosesləri əhatə edir.

Aydın