Xəbər lenti

Axar.az xəbər saytı 13 yaşını qeyd edir
Ölkə12:13 19.10.2026

Axar.az xəbər saytı 13 yaşını qeyd edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Axar.az xəbər saytı 13 yaşını qeyd edir.

2013-cü ilin oktyabrın 19-da oxucularla ilk görüşə gələn sayt Azərbaycanda, regionda və dünyada baş verən hadisələri işıqlandırır.

Axar.az Azərbaycan, ingilis, rus, və fars dillərində dörd versiyada işləyir. Sayt həm də ərəb əlifbası ilə Azərbaycan dilində fəaliyyət göstərən yeganə yerli media orqanıdır.

Qeyd edək ki, Axar.az saytı "Teleqraf" Media Qrupun tərkibində fəaliyyət göstərir. Holdinqin rəhbəri Aynur Camalqızı, saytın baş redaktoru isə Anar Niftəliyevdir.

Qaynarinfo-nun kollektivi Axar.az-da çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!