Xəbər lenti

Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama
Ölkə17:27 24.10.2026

Flora Kərimovanın səhhəti ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Flora xanımın sağlamlıq vəziyyəti hazırda orta stabildir".

Bu sözləri Oxu.Az-a açıqlamasında 85 yaşlı Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova bildirib.

Onun sözlərinə görə, müğənninin müalicəsi davam etdirilir:

"Flora xanım mütəmadi olaraq həkim nəzarətindədir, dərmanlarını vaxtında qəbul edir, həmçinin 10 gündən bir onun qan analizi yoxlanılır. Vəziyyəti stabildir. Hələlik təmiz hava üçün bağ evində qalırıq, dekabrda şəhərə köçəcəyik".

Yaqut İmanova qeyd edib ki, Flora xanımın hərəkət qabiliyyətində məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu il Xalq artisti Flora Kərimova səhhətində narahatlıq yarandığı üçün xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.