Xəbər lenti

PATA sədri: “Mən Azərbaycanı sevirəm”
Ekonomiks10:58 29.10.2026

PATA sədri: “Mən Azərbaycanı sevirəm”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sakit okean Asiya Səyahət Assosiasiyasının (PATA) sədri Henri Oh Asiyadan Azərbaycana gələn turistlərin sayının artacağını gözləyir.

Qaynarinfo xəbər verir ki, Henri Oh bunu Bakıda keçirilən PATA Hosted Buyers Summit 2026 tədbirində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycanın turizm potensialını dünyaya tanıtmaqdır. Bu məqsədlə Koreya, Yaponiya, Çin, Sinqapur, İndoneziya və Malayziyadan 50 turizm şirkəti nümayəndəsi Azərbaycana dəvət olunub.

PATA sədri qeyd edib ki, Azərbaycanın gözəl təbiəti, mehriban insanları, qonaqpərvərliyi və münasib qiymətləri ölkənin turizm sahəsində rəqabət üstünlükləridir. Onun fikrincə, ölkənin beynəlxalq səviyyədə daha fəal təbliğinə ehtiyac var.

Henri Oh ümid etdiyini bildirib ki, Azərbaycana səfər edən turizm şirkətlərinin nümayəndələri öz ölkələrinə qayıtdıqdan sonra burada gördüklərini təbliğ edəcək və Asiyadan gələn turistlərin sayının artmasına töhfə verəcəklər.

PATA sədri özü də Azərbaycana iki gün əvvəl gəldiyini, Qobustanda olduğunu və Bakıya gələn təyyarədə koreyalı turistlərlə qarşılaşdığını, Qobustanda isə çinli turistlər gördüyünü söyləyib.

Çıxışının sonunda Azərbaycanı sevdiyini koreya dilində də ifadə edən Henri Oh ölkəmizin turizm imkanlarını yüksək qiymətləndirib.