Xəbər lenti

Seçki məğlubiyyət olan Bolsonaro ABŞ-a qaçdı - Özünü Braziliyanın lideri elan etdi
Ekonomiks11:05 29.10.2026

Seçki məğlubiyyət olan Bolsonaro ABŞ-a qaçdı - Özünü Braziliyanın lideri elan etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyada prezident seçkilərində Luiz İnasio Lula da Silvaya məğlub olan sağçı senator Flavio Bolsonaro həyat yoldaşı və iki qızı ilə birlikdə ABŞ-a gedib. Korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı araşdırmalar çərçivəsində adı hallanan siyasətçinin ölkədən çıxış qadağasına baxmayaraq Braziliyanı tərk etdiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmisi Bolsonaronun və ailəsinin ölkəyə giriş üçün viza aldığını təsdiqləyib. ABŞ Prezidenti Donald Trampın da onların ölkəyə girişinə şəxsən razılıq verdiyi iddia olunur. Mətbuatda yayılan məlumatlara əsasən, Braziliyadan ayrılan Bolsonaro əvvəlcə Argentinaya, daha sonra Ekvadora, oradan isə ABŞ-ın Florida ştatına gedərək qardaşı Eduardonun yanında məskunlaşıb.

“Mən Braziliyanın lideriyəm”

Mayami şəhərinə gedən Flavio Bolsonaro “X” sosial şəbəkəsində yaydığı məktubda özünü Braziliyanın lideri adlandırıb. O, paylaşımının ilkin variantında “seçilmiş həqiqi prezident” ifadəsini işlətsə də, sonradan həmin sözləri dəyişib.

Bolsonaro ABŞ Prezidenti Donald Trampa və Argentina Prezidenti Xavyer Mileiyə ölkədən ayrılmasına və ABŞ-yə çatmasına göstərdikləri dəstəyə görə təşəkkür edib. O, Braziliyadan qaçmadığını, əksinə, ölkəsi uğrunda mübarizəni davam etdirmək üçün xaricə getdiyini iddia edib.

Siyasətçi Braziliyanın Ali Məhkəməsini və hakimiyyəti tənqid edərək, ölkədə siyasi təqiblərin həyata keçirildiyini irəli sürüb. O, seçkilərin nəticələri ilə bağlı da şübhələrini ifadə edib. Bununla belə, onun seçki saxtakarlığı barədə iddiaları ölkənin rəsmi qurumları tərəfindən qəbul edilməyib.

Barəsində bir neçə araşdırma aparılır

Braziliya mətbuatının məlumatına görə, Flavio Bolsonaro keçmiş prezident atası Jair Bolsonaronun həyatından bəhs edən “Dark Horse” filminin maliyyələşdirilməsi ilə bağlı qanunsuzluq iddiaları üzrə araşdırmada yer alır. Onun adı başqa bir çirkli pulların yuyulması işi ilə bağlı da hallanır.

Braziliya Prezidenti Lula da Silva senatorun ölkədən çıxış qadağasına baxmayaraq xaricə getməsini “utancverici” adlandırıb.

Qeyd edək ki, Flavio Bolsonaronun atası Jair Bolsonaro da 2022-ci ildə keçirilən prezident seçkilərində məğlub olduqdan sonra nəticələri tanımamış və ABŞ-a getmişdi. O, Braziliyaya qayıtdıqdan sonra dövlət çevrilişinə cəhddə təqsirli bilinərək 27 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Aydın