Xəbər lenti

Zaur Həşimov: "Sumqayıtdan 1 xalla döndüyümüz üçün sevincliyəm"
Ölkə21:34 02.11.2026

Zaur Həşimov: "Sumqayıtdan 1 xalla döndüyümüz üçün sevincliyəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Şəfa" komandasının baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının X turunda "Sumqayıt"la matçda əldə olunan 1 xala görə sevinclidir.

Qaynarinfo xəbər verir ki, bunu 45 yaşlı mütəxəssisin özü sözügedən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, bərabərə qaldıqları qarşılaşmanı şərh edib:

"Bir neçə məğlubiyyətdən sonra ilk xalımızı qazandıq. Bir tərəfdən məmnunuq ki, növbəti xalımızı qazandıq. Lakin bu qədər qol epizodu yaratdığımız və hesabda öndə olduğumuz oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq.

Buna baxmayaraq, futbolçularıma oynadıqları oyuna görə təşəkkür etdim. Həqiqətən vuruşdular və yaxşı mübarizə apardılar. Son iki turda da onlardan razı idim. Qələbəni son anlarda əldən verirdik. Bu gün də qələbəni əldən verdik, amma Sumqayıtdan 1 xalla ayrılırıq. Buna görə çox sevincliyəm".

Qeyd edək ki, "Sumqayıt" - "Şəfa" görüşü 1:1 hesabı ilə başa çatıb.