Xəbər lenti

Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO)
Ölkə21:00 02.11.2026

Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sürətli yolda yerüstü piyada keçidi olsa da, işıqları yanmır. Keçidin içərisi axşam saatlarında qaranlıq olduğundan piyadalar buradan keçib gedə bilmirlər.

Qaynarinfo xəbər verir ki, söhbət paytaxtın Hövsan qəsəbəsi, Samir Vəliyev küçəsindən gedir.
Ərazidə yolların işıqlandırılmaması ətrafda yaşayan sakinlər üçün təhlükə mənbəyidir.

Sakinlər deyirlər ki, bu vəziyyət yolda qəzaların, hətta ölümlərin baş verməsinə səbəb olur.
Piyada keçidi həm də natəmiz vəziyyətdədir.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözügedən yolun, eləcə də piyada keçidinin işıqlandırılması ilə bağlı aidiyyəti üzrə "Bakı şəhər işığı" elektrik şəbəkə müəssisəsinin Suraxanı təmir-bərpa sahəsinə və Avtomobil Yolları Dövlət Agentliyinə müraciət ünvanlanıb.

Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirdilər ki, Samir Əliyev küçəsində ümumi işıqlandırma sistemində yaranmış nasazlıq səbəbindən piyada keçidinin işıqlandırılmasında bir müddətdir fasilələr müşahidə olunur. Problemin aradan qaldırılması və işıqlandırmanın bərpası məqsədilə Agentlik tərəfindən aidiyyəti üzrə müvafiq quruma müraciət edilib.

Məsələnin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Liftlərdə baş verən problemin həlli yönündə də müvafiq işlər aparılır. Ehtiyat hissəsi ölkəyə gətirildikdən sonra quraşdırılacaq və liftin yenidən istismara verilməsi təmin ediləcək.

Mövzu ilə daha ətraflı Xezerxeber-in videomaterialında: