Xəbər lenti

Sərnişinlərin nəzərinə: Üç marşrutun yolu dəyişəcək
Ölkə19:24 02.11.2026

Sərnişinlərin nəzərinə: Üç marşrutun yolu dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunun kanal yaxınlığında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Qatnarinfo-a bildirilib ki, məhdudiyyətlə əlaqədar 210, 215 və 218 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə əsasən, 210 nömrəli marşrut Hövsan qəsəbəsi–Hövsan bağları, 218 nömrəli marşrut metronun “Əhmədli” stansiyası-Hövsan bağları, 215 nömrəli marşrut isə Türkan qəsəbəsi–Türkan bağları–Hövsan bağları istiqamətində fəaliyyət göstərəcək.
Qeyd edək ki, marşrutların hərəkət sxemlərindəki dəyişiklik təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyət müddətində qüvvədə olacaq.