Xəbər lenti

Neft Fondunun büdcəyə köçürdüyü vəsait 180 milyard manatı keçdi
Ekonomiks09:50 03.11.2026

Neft Fondunun büdcəyə köçürdüyü vəsait 180 milyard manatı keçdi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2026-cı il 30 sentyabr tarixinə ümumi 180 mlrd. 040,9 mln. manat həcmində vəsaiti dövlət büdcəsinə transfert edib.

Bu barədə Qaynarinfo Dövlət Neft Fonduna istinadən xəbər verir.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ARDNF-nin büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 9 mlrd. 628 mln. manat transfert edilib.

Bu il sentyabr ayının 30-na ARDNF-in aktivləri 74 004 milyon ABŞ dolları (125 807 milyon manat) təşkil edib.

Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir. Bu dövr ərzində ARDNF institusional cəhətdən yüksək səviyyədə inkişaf edib, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilib.