
“Mercedes” komandasının pilotu Kimi Antonelli Formula 1 üzrə dünya çempionluğunu qazanıb. 20 yaşlı italiyalı sürücü Meksika Qran-prisində finişə üçüncü çatmaqla mövsümün bitməsinə beş yarış qalmış titulunu rəsmiləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Antonelli yarışın qalibi Maks Ferstappenin və digər rəqiblərinin nəticələri fonunda komanda yoldaşı Corc Rassellə arasındakı xal fərqini qoruyub. Startda baş verən insidentə görə 10 saniyə cərimələnən Rassell yarışı altıncı pillədə başa vurub. Bu nəticə italiyalı pilotun çempionluğunu təmin edib.
Antonellinin qələbəsi İtaliya avtoidmanı tarixində xüsusi əhəmiyyət daşıyır. Belə ki, 1953-cü ildən bəri heç bir italiyalı pilot Formula 1 üzrə dünya çempionu ola bilməmişdi. Sonuncu dəfə Alberto Askari “Ferrari” ilə bu uğura imza atmışdı. Beləliklə, Antonelli 73 illik fasilədən sonra İtaliyaya dünya çempionluğu qazandıran ilk pilot olub.
Mövsümün sonuna beş mərhələ qalmış Antonellinin aktivində 380 xal var. Maks Ferstappen 261 xalla ikinci, Lüis Hemilton 259 xalla üçüncü, Corc Rassell isə 250 xalla dördüncü yerdə qərarlaşıb. Şarl Lekler 245 xalla beşinci pillədədir.
Aydın