
Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Goranboy rayon Goran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, onlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.