Xəbər lenti

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazandı
İdman20:27 01.11.2026

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

Milli Olimpiya Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.

55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.

Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı.

Noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.