Xəbər lenti

90 yaşlı yapon bodibilder dünya çempionatında iştirak etdi
İdman18:55 31.10.2026

90 yaşlı yapon bodibilder dünya çempionatında iştirak etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyalı bodibilder Toşisuke Kanazava 90 yaşında İspaniyada keçirilən bodibildinq və fitnes üzrə IFBB dünya çempionatında iştirak edib. Santa Susanna şəhərində təşkil olunan yarışda idmançı 50 yaşdan yuxarı iştirakçılar üçün nəzərdə tutulan kateqoriyada səhnəyə çıxıb. O, özündən təxminən 40 yaş kiçik rəqiblərlə mübarizə aparsa da, mükafatçılar sırasına düşə bilməyib. Buna baxmayaraq, Kanazavanın çıxışı tamaşaçıların diqqətini cəlb edib.

Qaynarinfo xəbər verir ki, Kanazava bodibildinqlə 20 yaşında məşğul olmağa başlayıb. Cəmi dörd il sonra “Mister Yaponiya” titulunu qazanan idmançı 1967-ci ildə “Mister Kainat” yarışında öz kateqoriyası üzrə dördüncü yeri tutub. 34 yaşında idman karyerasını başa vursa da, 50 yaşında yenidən məşqlərə qayıdıb. Həmin dövrdən etibarən ət və balıqdan imtina edərək vegetarian qidalanma tərzinə keçib.

Sonrakı illərdə Kanazava veteranlar arasında keçirilən Yaponiya çempionatlarında dəfələrlə qalib gəlib. O, 2026-cı ilin avqustunda 85 yaşdan yuxarı idmançılar arasında keçirilən yarışda 19-cu çempionluğunu qazanıb.

90 yaşlı idmançı İspaniyadakı çıxışından sonra daha bir hədəfini açıqlayıb. O, üç ildən sonra, 93 yaşında dünya çempionatının səhnəsinə yenidən çıxmaq niyyətində olduğunu bildirib.

Aydın