Xəbər lenti

İslam Rəhimov İtaliyada Avropa çempionu oldu
İdman21:22 30.10.2026

İslam Rəhimov İtaliyada Avropa çempionu oldu

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb.

Qaynarinfo Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu ardıcıl olaraq Kristian Butuçini (Xorvatiya), Aleksi Renarı (Fransa) və yarımfinalda Qaqik Martirosyanı (Ukrayna) məğlub edərək finala yüksəlib.

O, həlledici görüşdə Niderland təmsilçisi Yoxem van Hartenə ipponla qalib gələrək Avropa çempionu adını qazanıb.

İslam Rəhimov bununla ardıcıl ikinci dəfə U-23 Avropa çempionatının qalibi olub. Cüdoçu 2025-ci ildə də eyni çəki dərəcəsində qızıl medala sahib çıxmış, finalda məhz Yoxem van Harteni üstələmişdi.

Qeyd edək ki, Neapolda keçirilən fərdi yarışlara 36 ölkədən 275 cüdoçu qatılıb.