Xəbər lenti

Dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi
İdman20:26 30.10.2026

Dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirildi

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub.

Sonra F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus, B Divizionunun qalibi Zambiya mükafatlandırılıb.

Sonda ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalının qalibi olan İspaniya yığmasına medallar və kubok təqdim edilib.
Qeyd edək ki, dünya çempionatı FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib.