
Bu gün saat 19:00-da Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün qatarlardan birinin hərəkətində gecikmə qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bildirilib ki, vəziyyət dərhal nəzarətə götürülüb və sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılmasını təmin etmək üçün Bakı-Xırdalan xətti üzrə hərəkətdə olan qatarların normal hərəkəti bərpa edilib.