Xəbər lenti

Professor Müslüm Qurbanov vəfat etdi
Ölkə14:28 01.11.2026

Professor Müslüm Qurbanov vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kimya elmləri doktoru, professor Müslüm Qurbanov dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, alim ürək tutması nəticəsində vəfat edib. Bu barədə onun yaxınları məlumat veriblər.

Müslüm Qurbanov 1952-ci il martın 14-də Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. Ağalıkənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ali təhsil alıb.

O, 2013-cü ildə “Nüvə kimyası” ixtisası üzrə professor elmi adını qazanıb. Alimin rəhbərliyi ilə 8 nəfər fəlsəfə doktoru, 2 nəfər isə elmlər doktoru elmi dərəcəsi alıb.

Müslüm Qurbanov nüvə kimyası sahəsində çoxsaylı monoqrafiya, kitab və elmi əsərlərin müəllifi olub.

Allah rəhmət eləsin!