Xəbər lenti

FTB "Binance"dən 6,3 milyardlı kriptovalyuta oğurlayan hakerlərin kimliyi açıqlandı
Dünya10:16 01.11.2026

FTB "Binance"dən 6,3 milyardlı kriptovalyuta oğurlayan hakerlərin kimliyi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan "Binance"ə qarşı həyata keçirilən və 6 milyard dollardan çox vəsaitin oğurlanması ilə nəticələnən kiberhücumun arxasında Şimali Koreyanın dayandığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, FTB-nin rəsmi məlumatına görə, oktyabrın 29-da baş verən hücum Şimali Koreya ilə əlaqəli “TraderTraitor” haker qruplaşması tərəfindən həyata keçirilib. Hücumçular birjanın kriptoaktivlərini ələ keçirərək tarixdə ən böyük kriptovalyuta oğurluqlarından birinə imza atıblar.

Amerika qurumunun bildirdiyinə görə, hakerlər oğurlanmış vəsaitləri əsasən Ethereum kriptovalyutasına çevirərək müxtəlif ünvanlara köçürürlər. Növbəti mərhələdə pulların mərkəzləşdirilməmiş maliyyə platformaları və kriptovalyuta mübadilə xidmətləri vasitəsilə leqallaşdırılmasına cəhd ediləcəyi gözlənilir. FTB şübhəli hesabların siyahısını da yayımlayıb və kriptovalyuta xidmətləri göstərən operatorları həmin ünvanlarla əlaqəli əməliyyatları bloklamağa çağırıb.

Xatırladaq ki, oktyabrın 29-da "Binance" kriptovalyuta cüzdanlarına müdaxilə edildiyini və təxminən 6,3 milyard dollar dəyərində aktivin oğurlandığını açıqlamışdı. Hadisədən sonra birja vəsaitlərin çıxarılmasını müvəqqəti dayandırsa da, istifadəçilərin itkilərinin şirkətin öz hesabına qarşılanacağını bəyan etmişdi. Oğurlanan aktivlərin təxminən 3 milyard dollarını dondurmaq mümkün olub.

"Binance"in təsisçisi və keçmiş rəhbəri Çanpen Çjao da hadisənin haker hücumu olduğunu təsdiqləyən açıqlama vermişdi. O, şirkətin 1 milyard dollardan artıq dəyəri olan "SpaceX" payının zərurət yaranacağı təqdirdə itkilərin qarşılanması üçün istifadə edilə biləcəyini bildirmişdi.

Aydın