Xəbər lenti

Tramp Hollivudun tənəzzülünə görə demokratları günahlandırdı
Dünya19:12 31.10.2026

Tramp Hollivudun tənəzzülünə görə demokratları günahlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp Hollivudun əvvəlki mövqeyini itirməsinə görə Demokratlar Partiyasını ittiham edib.

Qaynarinfo xəbər verir ki, Tramp Floridada keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bu barədə danışıb.

“Xarici ölkələr Hollivudu boşaltdı. Buna demokratlar yol verdi”, deyə ABŞ lideri bildirib.

Trampın sözlərinə görə, vaxtilə onu sərt tənqid edən kino sənayesi nümayəndələri indi vergilərin azaldılması üçün ona müraciət edirlər. O iddia edib ki, ABŞ-da kino sənayesi tənəzzülə uğrayır və bu səbəbdən aktyorlar, prodüserlər güzəştlər istəyirlər.

Prezident Amerika kino sənayesinə vergi güzəştləri tətbiq edə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Tramp iyul ayında süni intellekt vasitəsilə hazırlanmış video paylaşmışdı. Həmin görüntülərdə özünü həkim kimi təqdim edən Tramp Vupi Qoldberq, Robert De Niro və Culiya Roberts kimi Hollivud ulduzlarına zarafatla “Trampı qəbul etməmə sindromu” diaqnozu qoyurdu.

Aydın