
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında komandanın iki futbolçusunun cəzalandırılacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, matçın ilk hissəsinin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə yaranıb.
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Qurban Qurbanov futbolçular arasında baş verənləri hələ tam araşdırmadığını desə də, onların cəzasız qalmayacağını bildirib.
Baş məşqçi belə halların komandanın nəticələrinə mənfi təsir göstərdiyini vurğulayıb.
Mətbuat konfransında Qurban Qurbanova "Fənərbağça" ilə bağlı yayılan xəbərlər barədə də sual ünvanlanıb. O, Türkiyə klubuna uğurlar arzulamaqla kifayətlənib.