Xəbər lenti

Dünyanın ən populyar kompakt avtomobili - 60 ildir istehsal olunur
Dünya10:39 01.11.2026

Dünyanın ən populyar kompakt avtomobili - 60 ildir istehsal olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada ən çox satılan kompakt avtomobil “Toyota Corolla” olub. 1966-cı ildən istehsal edilən model indiyədək 53 milyondan çox nüsxədə satılaraq avtomobil tarixində rekord göstəriciyə imza atıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “Focus2Move” şirkətinin 2026-cı ilin ilk doqquz ayı üzrə hazırladığı hesabatda bildirilir.

Məlumata görə, yanvar-sentyabr aylarında dünya üzrə yeni kompakt avtomobillərin satış həcmi 18 milyon 716 min 344 ədəd təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır. Satışlarda ən ciddi geriləmə Asiyada qeydə alınıb – azalma 9 faiz olub. Avropada isə əksinə, artım müşahidə edilib.

Ümumi bazarda geriləməyə baxmayaraq, ən çox satılan modellər arasında “Volkswagen” və “Kia” markalarının bəzi avtomobilləri müsbət dinamika nümayiş etdirib.

Reytinqə liderlik edən “Toyota Corolla”nın satışları ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz azalıb. Bununla belə, model mövqeyini qoruyub. 1966-cı ildə istehsalına başlanılan “Corolla” müxtəlif nəsillərdən keçərək dünyanın ən çox satılan avtomobili statusunu əldə edib.

İkinci yerdə satışları 0,9 faiz azalan “Honda CR-V”, üçüncü pillədə isə 0,2 faiz artım göstərən “Hyundai Tucson” qərarlaşıb.

2026-cı ilin yanvar-sentyabr ayları üzrə dünyanın ən çox satılan 10 kompakt avtomobili:

1. “Toyota Corolla” – 3,5 faiz azalma
2. “Honda CR-V” – 0,9 faiz azalma
3. “Hyundai Tucson” – 0,2 faiz artım
4. “Kia Sportage” – 0,9 faiz artım
5. “Volkswagen Tiguan” – 2 faiz artım
6. “Honda Civic” – 3,4 faiz azalma
7. “Honda HR-V” – 1,7 faiz azalma
8. “Toyota Corolla Cross” – 9,4 faiz azalma
9. “Hyundai Kona” – 2,6 faiz azalma
10. “Hyundai Elantra” – 1 faiz azalma

“Focus2Move”un qiymətləndirməsinə görə, “Toyota”, “Honda” və “Hyundai” modelləri reytinqdəki mövqelərini qorusa da, onların satış artımı əsasən zəifdir. Bazarda əsas dinamikanı isə bəzi yeni modellər və Çin xaricindəki avtomobil bazarları formalaşdırır.

Aydın