Xəbər lenti

Avropanın ən ucuz 15 Milad yarmarkası açıqlandı (SİYAHI)
Dünya12:52 01.11.2026

Avropanın ən ucuz 15 Milad yarmarkası açıqlandı (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropada Milad yarmarkalarını ziyarət etmək istəyənlər üçün ən sərfəli istiqamətlər açıqlanıb. Araşdırmaya əsasən, isti şərabın ən ucuz olduğu yarmarka Rumıniyanın Sibiu şəhərində yerləşir. Burada içkinin qiyməti 1 avrodan da aşağıdır.

Qaynarinfo xəbər verir ki, Eurochange analitikləri Avropanın 55 məşhur Milad yarmarkasında qlövaynın (ədviyyatlarla isidilən şərab) qiymətlərini araşdıraraq 2026-cı il üçün Mulled Wine Index reytinqini hazırlayıblar.

Siyahıda ilk üç yeri Rumıniyanın şəhərləri tutub. Ən ucuz qlövayn Sibiu şəhərində satılır. Burada bir porsiyanın qiyməti 5 Rumıniya leyi, yəni təxminən 0,93 avrodur. Yarmarka noyabrın 14-dən 2027-ci il yanvarın 4-dək fəaliyyət göstərəcək.

İkinci yerdə Braşov, üçüncü yerdə isə Krajova şəhəri qərarlaşıb. Hər iki şəhərdə isti şərabın qiyməti təxminən 1,87 avrodur.

Avropanın ən sərfəli 15 Milad yarmarkası

2026-cı il üçün açıqlanan reytinqdə aşağıdakı şəhərlər yer alıb:

1. Sibiu, Rumıniya – 0,93 avro
2. Braşov, Rumıniya – 1,87 avro
3. Krajova, Rumıniya – 1,87 avro
4. Sofiya, Bolqarıstan – 2,05 avro
5. Olomouts, Çexiya – 2,05 avro
6. Brno, Çexiya – 2,05 avro
7. Göteborq, İsveç – 2,25 avro
8. Buxarest, Rumıniya – 2,25 avro
9. Plzen, Çexiya – 2,46 avro
10. Strasburq, Fransa – 3 avro
11. Müluz, Fransa – 3 avro
12. Vilnüs, Litva – 3 avro
13. Lyej, Belçika – 3 avro
14. Varşava, Polşa – 3,41 avro
15. Qrats, Avstriya – 3,50 avro

Reytinqdən görünür ki, Milad yarmarkalarında qiymətlər ölkədən və şəhərdən asılı olaraq xeyli fərqlənir. Rumıniya büdcəsinə qənaət etmək istəyən turistlər üçün ən münasib istiqamət kimi önə çıxır.

Qeyd edək ki, siyahıda göstərilən tarixlərə əsasən, yarmarkaların əksəriyyəti 2026-cı ilin noyabrında açılacaq və dekabrın sonunadək davam edəcək. Sibiu yarmarkası isə 2027-ci il yanvarın 4-dək ziyarətçiləri qəbul edəcək.

Aydın