Xəbər lenti

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib
Dünya21:18 01.11.2026

Meteorit qırıntısının bir qramı 5 min avroya satılır - Xəzinə axtaranların hədəfi dəyişib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəzinə axtaranlar üçün qızıl artıq ən qiymətli tapıntı hesab edilmir. Bəzi meteorit parçalarının bir qramının 5 min avroya qədər qiymətləndirilməsi onları kolleksiyaçılar və xəzinə axtaranlar üçün xüsusi maraq obyektinə çevirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın “Rynek Zdrowia” nəşri yazıb.

Almaniyanın Obervezel şəhərində yerləşən Meteorit Muzeyinin direktoru və bu cür tapıntıların alqı-satqısı ilə məşğul olan Ştefan Dekerin sözlərinə görə, meteoritlərin qiyməti onların mənşəyindən və fiziki xüsusiyyətlərindən asılıdır. Belə nümunələrin bir qramı 1 avrodan 5 min avroyadək dəyişə bilər.

Müqayisə üçün qeyd edək ki, hazırda 999 əyarlı qızılın bir qramı təxminən 150 avro dəyərindədir. Bu baxımdan, nadir meteorit parçası tapmaq bəzən qızıl axtarışından daha gəlirli ola bilər.

Lakin tapılan hər meteorit yüksək qiymətə satılmır. Onun dəyərinə kimyəvi və mineral tərkibi, qorunma vəziyyəti, Yerə düşməsindən keçən müddət və aid olduğu meteorit növünün nadirliyi təsir göstərir. Xüsusilə qeyri-adi minerallar ehtiva edən, eləcə də Ay və Mars mənşəli meteoritlər alimlərin və kolleksiyaçıların diqqətini çəkir.

Meteorit axtarışında hüquqi məqamlar da nəzərə alınmalıdır. Məsələn, Almaniyada tapılan meteorit onun düşdüyü torpaq sahəsinin sahibinə məxsus sayılır. Bundan başqa, elmi baxımdan xüsusi əhəmiyyət daşıyan nümunələr dövlət tərəfindən müsadirə edilə bilər.

Beləliklə, təsadüfən tapılan kiçik bir kosmik qırıntı nadir xüsusiyyətlərə malik olduğu halda, böyük maddi dəyər daşıya bilər.

Aydın