Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatının adı məlum olub.
Qaynarinfo-nun məlumatına görə, mükafat Karl Deisseroth, Peter Hegemann və Georg Nagela təqdim olunub.
Onlar işıqla idarə olunan ion kanalları və optogenetika ilə bağlı kəşflərinə görə sözügedən mükafata layiq görülüblər.
Məlumat üçün bildirək ki, bu gündən Nobel həftəsi başlayıb. Belə ki, sabah fizika, oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq.
Şərhlər