Xəbər lenti

Cəlilabad İctimaiyyətinə ağır itki
Ölkə19:49 23.11.2026

Cəlilabad İctimaiyyətinə ağır itki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəlilabadın sayılıb-seçilən, gənc yaşlarından rayonda müxtəlif məsul vəzifələrdə çalışmış, uzun müddət müxtəlif sovxoz və idarələrə rəhbərlik etmiş, sonuncu iş yeri Ekologiya və Təbii Sərvətlər Nazirliyi olan hörmətli ağsaqqalı Qılıncxan Məmmədov vəfat edib.

Qaynarinfo-nun verdiyi xəbərə görə, mərhum keçmiş Sovetlər Birliyində kifayət qədər nüfuz sahibi olan, Bolqarıstanda adına sovxoz olan Sosialist Əməyi qəhrəmanı Dünyamalı Məmmədovun oğlu idi.