Xəbər lenti

İnterpol iki azərbaycanlı qadını axtarır
Ölkə23:00 23.11.2026

İnterpol iki azərbaycanlı qadını axtarır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günə qədər müxtəlif cinayətlərdə ittiham olunan 36 Azərbaycan vətəndaşı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Onların arasında iki qadın da var. Qadınlardan biri insan alverində, digəri isə terror təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olunur.

Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan azərbaycanlıların ən gəncinin 34, ən yaşlısının isə 64 yaşı var.

Axtarışa verilən qadınlardan biri 38 yaşlı Ruhəngiz Orucovadır. Azərbaycanda anadan olan qadın insan alveri ittihamı ilə ölkəmiz tərəfindən axtarışa verilib. O, insan alveri qurbanını Azərbaycan sərhədindən təkrar keçirməyə cəhddə ittiham olunur.

İnterpol xətti ilə axtarılan digər qadın isə 45 yaşlı Gövhər Ağaverdiyevadır. Azərbaycanda anadan olan qadının həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

Gövhər Ağaverdiyeva iki maddə üzrə ittiham olunur. Bunlar terror təşkilatının fəaliyyətində iştirak etmək, eləcə də xarici dövlətin ərazisində həmin ölkənin federal qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmənin tərkibində, dövlətin maraqlarına zidd məqsədlərlə iştirak etməkdir.