Xəbər lenti

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Ölkə22:14 23.11.2026

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.

"COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk", - Y. Rəfiyev qeyd edib.

COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.

"COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - nazir müavini bildirib.