XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sumqayıt teatrında "M.S.S" hazırlanır (FOTO)
Sənət11:42 25.09.2026

Sumqayıt teatrında "M.S.S" hazırlanır (FOTO)

Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşa hazırlanır.

Qaynarinfo xəbər verir ki, teatrda tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M.S.S. – Mən səni sevirəm” adlı pyesi səhnələşdiriləcək.

Tamaşanın quruluşçu rejissoru Ümüd Abbaszadə, bəstəkarı Telman Qəniyev, quruluşçu rəssamları Arif Müzəffərov və Nizami Dadaşev, rejissor assistentləri isə Ləman Məmmədli və Fazilə Rzayevadır.

Səhnə əsərində Əməkdar artistlər İlahə Səfərova, Xatirə Süleymanova, Sədaqət Nuriyeva və Elmira Kərimova, həmçinin aktyorlar Şəhla Məmmədova, Gülnarə Qədirova, Vəfa Qurbanova, Mətləb Səfərli, Rövşən Əsgərov, Yeganə Məmmədvəliyeva, Sevda Cəlilova, Şəms Abdullayeva, Emil Həmidov, Məryəm Hüseynli, Günəş Bağırova, Kamran Muradlı və Elmir Mehtiyev yer alıblar.

Tamaşanın yaxın aylarda teatrsevərlərə təqdim olunması nəzərdə tutulur.