Xəbər lenti

Xankəndidə Zəfər Günü münasibətilə keçirilmiş konsertdən sonra atəşfəşanlıq olub
Ölkə23:24 08.11.2026

Xankəndidə Zəfər Günü münasibətilə keçirilmiş konsertdən sonra atəşfəşanlıq olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zəfər Günü münasibətilə Xankəndi şəhərində bayram konserti təşkil olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-a verilən məlumata görə, konsert proqramında səsləndirilən vətənpərvərlik ruhlu mahnılar və rəngarəng səhnə çıxışları iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib. Sakinlər Zəfər Gününün sevincini, qürurunu və qələbə coşqusunu birlikdə yaşayıblar.

Konsertdən sonra atəşfəşanlıq olub. Gecə səmasını rəngarəng işıqlara bürüyən atəşfəşanlıq şəhər sakinlərinə unudulmaz bayram anları yaşadıb. Xankəndi sakinləri və tədbir iştirakçıları Vətən müharibəsində qazanılan tarixi qələbənin sevincini və qürurunu birlikdə bölüşüblər. Atəşfəşanlıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qazanılmış Zəfərin təntənəsini, xalqımızın birlik və həmrəyliyini bir daha nümayiş etdirib.