
"Türkiyə və Azərbaycan arasında əlaqələr gündəlik məsələ deyil, çox uzun əsrlərə söykənir və əbədi qardaşlıq, ortaq taledir".
Qaynarinfo xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının İdarə Heyətinin üzvü, millət vəkili Kürşad Zorlu "Haber Global" telekanalına müsahibəsində deyib.
"Bu qardaşlıq ruhunu konkret layihələrlə bölgədə və hətta dünyanın müxtəlif ərazilərində adından söz etdirən tərəfdaşlığa çevirdik. Kommunikasiya, enerji, dəhlizlər üzrə və hərbi əməkdaşlığımız dünya üçün örnək təşkil edir", - deyə o vurğulayıb.
Kürşad Zorlunun sözlərinə görə, Azərbaycan və Türkiyə liderlərinin Qarabağda göstərdikləri qətiyyətli iradə bütün türk dünyasına verilən çox güclü mesajdır.