
Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Qaynarinfo-nun məlumatına görə, günün ilk matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.
Yevlax şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.
Meydan sahibləri 11 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb.
Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.
Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.
Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.