Xəbər lenti

"Qalatasaray" Leaonun son durumunu açıqladı - 4 həftə oynamayacaq
İdman14:08 08.11.2026

"Qalatasaray" Leaonun son durumunu açıqladı - 4 həftə oynamayacaq

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin “Qalatasaray” klubu futbolçusu Rafael Leao ilə bağlı tibbi açıqlama yayıb.

Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisinin “Amedspor”la qarşılaşmasında zədələnərək meydanı vaxtından əvvəl tərk edən futbolçunun müayinəsi zamanı sağ budunun arxa əzələ qrupunda ciddi dartılma və qanaxma aşkarlanıb.

Klubun məlumatına görə, futbolçunun MRT müayinəsi bu gün sponsor xəstəxanası “Maslak Acıbadem”də aparılıb. Müayinənin nəticələrindən sonra Leaonun müalicəsinə başlanılıb.

"HT Spor" nəşrinin məlumatına əsasən, portuqaliyalı futbolçu zədəsi səbəbindən təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu müddətdə onun “Qalatasaray”ın bir sıra qarşılaşmalarını buraxacağı gözlənilir.

Aydın