Xəbər lenti

"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" (VİDEO)
Siyasət12:22 08.11.2026

"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Təbii ki, uzun illər ərzində Ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində səsləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, bizi irəliyə aparan yol ləyaqət yolu idi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi.