
8 Noyabr - Zəfər Günü münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının yaradıcı kollektivi və solistlərinin iştirakı ilə xüsusi videoçarx hazırlanıb.
Qaynarinfo xəbər verir ki, “Biz 30 illik həsrəti 44 günə bitirdik!” şüarı ilə ərsəyə gələn videoçarx xalqımızın şanlı Zəfər tarixini, Vətənə bağlılığını, qəhrəmanlığını, şəhidlərimizin əziz xatirəsini və Qarabağın yenidən dirçəlişini özündə əks etdirir.