Xəbər lenti

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır
Siyasət23:58 07.11.2026

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" sosial şəbəkəsində paylaşımında qeyd olunub.

"Altı il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli, müdrik liderliyi ilə və şəhidlərimiz qanı bahasına torpaqlarımız işğaldan azad edildi, otuz ilə yaxın davam edən Qarabağ və Şuşa həsrətinə son qoyuldu. Bu gün doğma Şuşada qalib dövlətin vətəndaşı kimi dayanmaq misilsiz bir duyğudur. Allah şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!", - Prezidentin köməkçisi bildirib.