
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də qətiyyətlə əks-hücum əməliyyatlarına başladı. Rəşadətli ordumuzun qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində tarixi Zəfərimiz əldə olundu.
Bu qələbənin qazanılmasında iştirak edən qəhrəmanlardan biri də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin döyüşçüsüdür. O, 44 günlük müharibə zamanı müxtəlif istiqamətlərdə aparılan əməliyyatlarda iştirak edib, çətin və mürəkkəb relyefə malik ərazilərdə düşmənə qarşı vuruşub. Hər addımın böyük risk daşıdığı əməliyyatlarda silahdaşları ilə birlikdə qarşıya qoyulan tapşırıqları yerinə yetirib.
Döyüşçümüz Vətən müharibəsinin ən gərgin anlarını, xüsusi təyinatlıların qarşılaşdıqları çətinlikləri, düşmən mövqelərinə təşkil olunan hücumları, pusqu əməliyyatlarını və ermənilərin müdafiə xəttinin yarılması prosesini qürurla xatırlayır. O, həmin günlərdə yaşananları, döyüş yoldaşlarının qəhrəmanlığını və tarixi Qələbəmizə gedən yolda keçdikləri çətin sınaqları Oxu.Az-a danışıb.
Onunla videomüsahibəni təqdim edirik: