
"Qarabağ" Misli Premyer Liqasındakı qolsuzluq seriyasını 3-ə çatdırıb.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son 15 mövsümdə ilk dəfə belə seriya ilə üzləşib.
"Sabah" və "Qəbələ" ilə qolsuz heç-heçələrdən sonra Ağdam klubu XI turda "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.
"Qarabağ" sonuncu dəfə 2011/2012 mövsümündə ardıcıl üç qarşılaşmada qol vurmayıb.
15 il 3 ay əvvəl – 2011-ci il avqustun 21-də "Kəpəz"i səfərdə 2:1 hesabı ilə məğlub etdikdən sentyabrın 24-də AZAL-ın meydanındakı 3:1 hesablı qələbəyədək Ağdam klubu üç qolsuz görüş keçirib. Evdə avqustun 27-də "Qəbələ, sentyabrın 17-də "Xəzər Lənkəran"a eyni – 0:1 hesabı ilə uduzan komanda sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə heç-heçə edib – 0:0.
"Qarabağ"ın Azərbaycan çempionatlarındakı ən uzun qolsuz seriyası 4 matçdan ibarətdir. Belə seriya 2 dəfə qeydə alınıb. Ağdam klubu daha bir görüşdə fərqlənə bilməsə, bu antirekordu təkrarlayacaq.
Qeyd edək ki, "Qarabağ" həm də ardıcıl 4 oyunda qələbə qazanmamaqla son 11 mövsümdə ilk dəfə belə halla üzləşib. Ağdam klubu sonuncu dəfə 2015/2016 mövsümündə belə seriya yaşayıb.