Xəbər lenti

Zəfərin memarları yad olunur (FOTO)
Ölkə15:46 08.11.2026

Zəfərin memarları yad olunur (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

8 Noyabr - Zəfər Günündə qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanları da ziyarət olunub.

Qaynarinfo AZƏRTAC-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhid olmuş döyüşçülərin xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq Şəhidlər xiyabanını və Hərbi Memorial Məzarlığı ziyarət ediblər.

Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub.