Xəbər lenti

8 Noyabr – Zəfər Günü Xəzər Universitetində qeyd olunub
Ölkə21:11 08.11.2026

8 Noyabr – Zəfər Günü Xəzər Universitetində qeyd olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin ildönümü Xəzər Universitetinin auditoriyalarında da qeyd olunub.

4, 5, 6 noyabr tarixlərində “Dünya ədəbiyyatı” və ”Azərbaycan ədəbiyyatı” dərsləri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin III kurs tələbələri İlahə Həsənova və Aysel Həsənovanın, həmçinin Təbiət elmləri və Mühəndislik fakültəsinin I kurs tələbəsi Fidan Əhmədovanın bədii qiraətində səslənən Zahir Əzəmətin “Əsgər məktubu — arxa cəbhəyə” şeiri dinləyicilərdə dərin təsir buraxıb.

Sabir Rüstəmxanlının öz səsi ilə səsləndirdiyi “Qarabağ qazilərinə” videoçarxı olduqca emosional alınıb.

“Dünya ədəbiyyatı” dərsində III kurs tələbələrinin Qarabağa həsr edilmiş videomaterialları maraqla qarşılanıb. Haqqararın “Qiyamətdən məhşərəcən” şeiri əsasında Məhsəti Hüseynovanın hazırladığı və Aydan Qurbanovanın təqdim etdiyi “Azərbaycan əsgəri” adlı qısametrajlı videolar tələbələrə duyğulu anlar yaşadıb.