XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Siyasət20:55 05.10.2026

İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir

İtaliyanın xarici işlər və beynəlxalq əlaqələr nazirinin müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb və tərəflər Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyin (Farnesina) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Müzakirələrin mərkəzində əsas siyasi, iqtisadi və enerji məsələləri yer alıb", - məlumatda bilirilib.

Qeyd olunub ki, regional müstəvidə Çirielli İtaliyanın Ermənistanla sülh prosesinə dəstək öhdəliyini yenidən təsdiq edib.