XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Siyasət23:21 05.10.2026

Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"

Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkədə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev "X" sosial şəbəkə hesabında yazıb.

"Bakıda cüdo üzrə dünya çempionatının rəsmi açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin mərasimdə iştirakı Azərbaycan idmanına göstərilən yüksək diqqət və qayğının, ölkəmizdə cüdoya verilən xüsusi önəmin bariz göstəricisidir. Dünya cüdo ailəsini yenidən Bakıda salamlamaqdan böyük məmnunluq duyur, bütün idmançılarımıza parlaq qələbələr arzulayıram!", - ACF rəhbəri vurğulayıb.

Xatırladaq ki, ötən gün Bakıda start götürən cüdo üzrə dünya çempionatı oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.