XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır (DETALLAR)
Ölkə23:06 05.10.2026

Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır (DETALLAR)

Qarav dənizdə Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı “Royad Məmmədov” yük gəmisi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, hadisə ilə bağlı ilkin məlumatı Türkiyə mətbuatı yayıb. Daha sonra hadisə ilə bağlı yeni detallar məlum olub.

Qauynarinfo “BakuPost”a istinadən xəbər verir ki, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.

Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə — idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.

Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir. Fotosunu təqdim edirik:

Onun meyitini gəmidən çıxarmaq mümkün olsa da, Masallı sakini olan aşpazın meyiti zərbə alan və daha sonra batan gəmidə qalıb.

Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.

Daha sonra hücum nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir.

Onun fotosunu təqdim edirik:

Qeyd edək ki, 2022-ci ildə gəmiyə 44 günlük Vətən müharibəsi şəhidi Röyad Məmmədovun adı verilib.

Röyad Məmmədov 2000-ci il oktyabrın 25-də Azərbaycanın Masallı rayonunun Mahmudavar kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini bitirdikdən sonra Qərbi Kaspi Universitetinə daxil olub.

O, İkinci Qarabağ müharibəsində iştirak edib. 2020-ci il noyabrın 8-də Laçın və Şuşanı birləşdirən strateji yol uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. Röyad Məmmədov doğma Mahmudavar kəndində dəfn edilib.