Dünya 13:25 06.04.2020

100 il öncə ispan qripindən, indi də koronavirusdan sağaldı

İtaliyanın Biella şəhərində qocalar evində yaşayan 104 yaşlı Ada Zanusso adlı qadın koronavirusa qalib gəlib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 104 yaşlı qadın martın 17-də ürəkbulanma, yüksək hərarət və boğulma şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onda kovid-19 virusu aşkar edilib.

Onun qaldığı qocalar evində daha əvvəl koronavirus səbəbindən 20 nəfər həyatını itirmişdi.

Zanusso dünya üzərində koronavirusa qalib gələn ən yaşlı insan olub. Onun sağalmasını böyük sevinclə qarşılayan həkimlər Zanussonu ümid işığı kimi görürlər. Söhbət zamanı 104 yaşlı qadının 1918-1920-ci illərdə ispan qripinə də qalib gəldiyini üzə çıxıb.

Camal